Kənan AYDINOĞLU."Gözəllik axtaran gözəl olarmış!"

Yazdı ATILLA, 7-12-2021, 08:00, в Edebiyyat

 

 


Xanıməfəndi Günel Rəfizadə üçün

Dünyanın ən kiçik daşı, İlahi,
Mənim nəzərimdə ağlaya bilər.
Səhrada Leylini arayan Məcnun,
Durub qapıları bağlaya bilər.

Qəlbi ovsunlayan qadın gözüymüş,-
Sehrə düşməyim də özü günahmı?!
Bulaqtək süzülüb gələn misrayla,
Şairin söylə HAQQ sözü günahmı?!

Müqəddəs qələm də yorulmaz daha,
Hüsnü-camal üçün yazırsa, bu gün.
Taleyin töhfəsi dəyişən deyil,
Düşəcək araya nişanla düyün.

Nəfsin istəyinə baş əymək olmaz,
Ruh cana çəkməsə, dəyişməz həyat!
Xoşbəxt olmaq özü hər kəsin haqqı,-

Çəkilməz bir kərə geriyə saat!

 

Qohumun gözündə görüncə sevgi,

Sığmaz bu dünyaya vaxıtn özü də.

Gizlətsə, qəlbində duyğunu qadın,

Gizlətməz, gizlətməz bunu gözü də.

 

Ana təbiətin özü qanunu var,-

Tanrı dərgahına aparacaqmış!

Bu ömür yolunda büdrəməyən kəs,

Qayıdıb üsyanmı qoparacaqmış?!

 

Qızıla dönəndə bu kövrək payız,

Tökülən yarpaqdı, xəzəl olarmış!

Mənim nəzərimdə gözəl dünyada,

Gözəllik axtaran gözəl olarmış!

 

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 6 dekabr 2021-ci il.

 

Sərh yazmaq