Kənan AYDINOĞLU."Ayıra bilmədin qızı oğuldan"
Dəyərli qardaşımız Elnur Məmmədov üçün!
Genişdi ürəyin, ülfətin də var,
Səni sevən kəsin gözündə qaldın.
Səmimi söhbətin, kəlmən bir kərə,
Dostların qəlbində, gözündə qaldın.
Danışdın dünyada ürəkdolusu,
Gül-çiçək qoxulü gül balandan Sən.
Köhnə xatirələr yeniləndikcə,
Keçmişdən, ötən və qalandan Sən.
Yorulmaz beynin də, zehnin də Sənin,
Daim axtarışda, fikir içində.
Halını soranda hər gün dilində,
Sən də yaşayırsan şükür içində.
Ömür yollarında büdrəməyəSən,
Sənin mülahizən fərqliymiş bir az.
Millətin, dinin də yoxmuş əvvəli,
Bəndəmi şimallı, şərqliymiş bir az?!
Nöqtə var, sonunda cümlənin bu gün,
Qoyulsa, dağılar bu qoca dünya!
Yenə öyrədəcək həyatı boyu,
Yaxşıya, xeyirə bu Hoca dünya!
Yaddaşın tarixin bir səhifəsi,
Varağa yazılsa, silinə bilməz!
Düşməsə çətinə, dara bəndələr,
Bu gün sədaqəti silinə bilməz!
Mənim nəzərimdə şirindi yenə,
Nəğməli dodaqda şəkər noğuldan.
Ay ELNUR, ailə canlısan deyə,
Ayıra bilmədin qızı oğuldan.
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 1 dekabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq