Kənan AYDINOĞL."Moskva-dünyada ən soyuq şəhər"
Uzun müddət qürbət diyarda-Moskvada yaşamış dəyərli qardaşım Nurlan Qasımov üçün!
Tarixin özü də şahid olub ki,
Kazan qan uddurdu rusa, İlahi!
Mələklər daş atsa, şeytana bu gün,
Bəndəmi qapını pusa, İlahi?!
Kilsə də, Məscid də qoşa doğuldu,
Qürbət bir diyarda din seçmək üçün.
Tikanlı məftillər sökülmədimi,
Şimaldan cənuba yol keçmək üçün?!
Çarlar saraylarda fərman verəndə,
Millətin başına daş ələndi, daş.
Nizələr düşəndə işə bir kərə,
Süzüldü yanaqdan damla-damla yaş.
Qışın sazağı da dəyişərmi de,
Bu elin, obanın ruhu ölməsə?!
Şairlər sığışmaz qərib dünyaya,
Gözüylə milləti-yurdu görməsə.
Məni düşündürən bu deyil, fəqət
Qadalı günlərin varmı əvəzi?!
Şehli çəməndə də gülün, çiçəyin,
Gələcək, gələcək isti nəfəsi.
Qəbir evinəcən mənim gözümdə,
Vətəndən ayrılmaq-can kimi ölmək.
Cəhənnəm odunda yanmaqdan betər,
Qərib bir ölkədə soydaşı görmək.
Müqəddəs torpaqdan-AZƏRBYAYCANDAN,
Ayrılımaq yadın mı taleyi miş?!
Dillərdən tökülən qarğış, dua da,
Bəndənin dünyadan gileyi imiş.
Çovğuna, borana da düşmədik, amma,
Güc tapıb dərd-sərə dözək birtəhər.
Sözümün canı bu, Nurlan, qardaşım,
Moskva-dünyada ən soyuq şəhər.
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 29 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq