Kənan AYDINOĞLU."Həyat təcrübəni bölüşən SənSən!"
Dəyərli qardaşım Fərid Mansurluya!
Nə deyim, talelyin qismətiymiş bu:
Hər gün öyrənirəm həyatdan nəsə.
Bir şeir yazacam, bəlkə də, yenə,
Qəlbimdən dünyaya boylanan səsə.
Mən də kövrələndə buludtək bir gün,
Əlimdən tutaydı bu həyat mənim!
Qarışıq hisslərdi keçən qəlbimdən,
Bir misra yazsam da, bu saat mənim!
Hər işin başlanğıc sonu var ikən,
Gərək öyrənməyə adət eyləyim.
Dəyişər çarxını bu qoca dünya,
Bəndə-NUR parçası, HAQQı söyləyim.
Ovuca sığmayan əcəl dünyanın,
Cənubu, şərqi var, QardaşımSan Sən!
Bizim aramızda bir-iki bayram,
Bilirəm, fərqi var, QardaşımSan Sən!
Ustadlar Ustadı Səməd VURĞUNUN,
Quyruğu kəsilən atı yadımda.
Türkə ehtiram var, Ərəbə sayqı,
Bu gün yaşayıram, mənim adımda.
QAZAX, AĞSTAFA da-müqəddəs torpaq,
Hər gülü, çiçəyi ürəyimdədi.
Qadının önündə baş əymək mənim,
Əbədi məramım-diləyimdədi.
Qanadsız körpəyəm, uça bilmirəm,
Həyat tərcrübəni bölüşən SənSən!
Doğma, tanışlarla və qardaşlarla,
Hər səhər sübh çağı görüşən SənSən!
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 29 noyabr 2021-ci il.
Sərh yazmaq