Kənan AYDINOĞLU."Taleyin qışı var, Osman ƏFƏNDİ!"

Yazdı ATILLA, 27-11-2021, 08:00, в Edebiyyat


 

Dəyərli qardaşım Osman Əfəndiyə sevgi və sayqılarla!

 

Əkin, biçin vaxtı gəldi kəndlinin,

Kotanı, xışı var, Osman ƏFƏNDİ!

Dədəmiz QORQUDdan üzü bu yana,

Türkün həm dışı var, Osman ƏFƏNDİ!

 

Yollar da bağlıymış gedib çatmağa,

Dünya bir bazardı alıb, satmağa,

Qoyub sapandına bizə atmağa,

Həyatın daşı var, Osman ƏFƏNDİ!

 

Mənim nəzərimdə bir ildi bir vaxt,

Bu dünya tərsinə çevrildi bir vaxt,

Şahlar sarayında devrildi bir vaxt,

Üzüyün qaşı var, Osman ƏFƏNDİ!

 

Gəlin, bəy gözləyər nişan, toyunun,

Örüşdən qayıdan quzu, qoyunun,

Başlayan və bitən neçə oyunun,

Gör neçə başı var, Osman ƏFƏNDİ!

 

Sənin əməlindən ALLAH da razı,

Ağlayan görməzSən sədəfli sazı,

Qarşıla, yola sal Sən kövrək yazı,

Taleyin qışı var, Osman ƏFƏNDİ!


Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 29 noyabr 2021-ci il.

Sərh yazmaq