Kənan AYDINOĞLU."Yolumuz ADƏMdən başladı, ALLAH!"

Yazdı ATILLA, 26-11-2021, 10:00, в Edebiyyat


 

 

Mənim üçün çox dəyərli insan, Xanıməfəndi Əliyeva Ülkər Elçin qızına!


Buğdanın əsiri olmaq, görünür,

Qədimi zamanda adət olubmuş.

Süleyman mülkündə nağıllar belə,

Çevrilib dünyada ayət olubdu.


Gözündə sevgi var, qəlbində bu gün,

Hər sözü əridər neçə daş qəlbi.

Köməyi olacaq Məşhərə qədər,

Bəndəyə dünyada yenə də RƏBBi.


Bir şeyi dərk etdim həyatım boyu,

Üşüyən körpədi, dolacaq gözü.

Qadının dilindən bircə “Can” çıxsa,

Düşəcək yadına söhbəti, sözü.


Kişi də köməksiz, kövrələn kimi,

Arayır özünə həmdəmi bir gün.

Toy, nişan görəndə güləcək üzü,

Yaşayıb, dərk edər aləmi bir gün.


Səadət çırağı qadınmış yenə,

Mənim nəzərimdə ömür uzunu.

Yalnız bir qadının nəfəsi ilə,

Əritmək olarmış həsrət buzunu.


Cənnətdən qovulan HƏVVA nənə var,

Yolumuz ADƏMdən başladı, ALLAH!

MƏKKƏdə KƏBƏyə təvaf eyləyən,

Guya ki, şeytanı daşladı, ALLAH!


Ay ÜLKƏR, kamillik yolunda SənSƏN,-

Mənim nəzərimdə ən böyük USTAD!

Tarixin özü də şagird olacaq,

Dəyişər gözümdə yaşanan həyat.


Sehirli hər günün öz qayğısı var,

Yaşayıb, qalasan öz adın kimi.

Sevgidə, ülfətdə tapa bilmədim,

Doğrusu, yenə də mən qadın kimi.


Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 26 noyabr 2021-ci il.

“BAKU CUSTOMS WORKS” MMC.

Sərh yazmaq