Qırxdan beş çıxanda “35” qalar

Yazdı ATILLA, 26-11-2021, 09:00, в Edebiyyat

 

“Prime Broker and Logistics” MMC-nin icracı katibi, dəyərli

qardaşım Nadir İbrahimovun doğum günü münasibətilə!!!

 

Həyatın ən gözəl anını, məncə,

Unudan bəndənin yaddaşı yoxdu!

ALLAHın önündə boyun əyənin,

Bu qərib dünyada qardaşı yoxdu?!

 

Müqəddəs MƏKKƏDƏ, KƏBƏ evində,

Namaz qılındıqca oxundu dua.

Sevən dostlarımı unutmadım mən,

Küləkmi səmtini dəyişdi guya?!

 

Köhnə xatirələr yazılar ömrə,

Təzə günlərin də varmı əvəzi?!

Dünyanın ən uzaq yerindən belə,

Sevdiyim dostların gələr nəfəsi!

 

Yaxşını unutmaq, yalanı danmaq,-

Bəlkə, bu taleyin son töhfəsiymiş?!

Qələmə sarılıb, şeir yazmaq da,-

Hər gün şairlərin bir həvəsiymiş!

 

Xeyir-şər nağılı həyatı boyu,

Gözümüz önündə, qulaqda qalar.

Zəm-zəm suyundan da şirin nəğmələr,

Həzin layla təki dodaqda qalar.

 

Ən çətin gündə bax, həyan olmaq da,

Əbədi dostluğun təməli oldu!

Sən demə, yaşanan bu ömür özü,

Toplama və çıxma əməli oldu!

 

Bağlı qapıları açacaq ALLAH,

Bəndənin üzünə gələndə vaxtı!

Qüdrət qələmiylə Tanrı dörd günə,

Dünyadan öncə də yazıbdı baxtı!

 

Mələklər qapanıb səcdəyə bu gün,

Tökər göz yaşını sabüh üçün də.

Cənnətdə çaylar, Cəhənnəm odu,

Yandırıb, yaxmasın günah üçün də.

 

Məktəbə dönəcək yaşanan gün də,

Yenə öyrədəcək özümüz kimi.

Gərək ki, düz ola sədaqətimiz,

Deyilən ən təmiz sözümüz kimi.

 

Yazan da ALLAHdı, yazdıran ALLAH,

Bəndənin könlünü alır onsuz da.

Duayla qarğışın fərqi böyükmüş,

Şükür deyiləcək lütfə sonsuz da.

 

Göy səma çəkəcək rəsmini, bəlkə,

Rəssamtək bu səfər çiçəklərin də.

Əyilib, çeşmədən su içən zaman,

Güləcək üzü də mələklərin də.

 

Sınaqdı hər günü gözəl həyatın,

Taleyin oyunu bitəcək bir gün.

Vaxtı da çəkmədim geri bu ömür,

Durna qatarıtək ötəcək bir gün.

 

ƏZRAYIL QAĞAnın vəzifəsi də,

Can almaq olubmuş, məzar gözləyir!

Qoynunda gəzdiyim bu ANA torpaq,

Bilir ki, bizi də güzar gözləyir!

 

Şirin ləhcəsinə qurbanam TÜRKÜN,

Qadının dilində yenə “keş” qalar!

İnsan kamilləşər öz əməliylə,

Qırxdan beş çıxanda “35” qalar!

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 13 oktyabr 2021-ci il.

Sərh yazmaq