Kənan AYDINOĞLU."Kaş mənim əlimdən vuraydın barı..."

Yazdı ATILLA, 26-11-2021, 08:00, в Edebiyyat


“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin sabiq əmədaşı,

dəyərli qardaşım Telman Əfəndi üçün

 

Ötən günlərimi xatırladıqca,

Könlümü bürüyür əbədi təlaş.

Gözümdə sevinc var, qəlbimdə kədər,

Süzülüb axacaq yanağımdan yaş.

 

Gərək ki, qonaydı dağların üstə,

Köhnə xatirələr bir varaq kimi.

Əbədi deyiləm, ölümə məhkum,

Gəlmişəm dünyaya mən qonaq kimi.

 

Əməl dəftərini yazan mələklər,

Bəlkə də, usanıb bezdi həyatdan?!

Məzara qoyulmaq dəmi gələndə,

İlk sözü, son sözü sezdi həyatdan.

 

Məktəbdə divardan asılan lövhə,

Yazılan taleyin qisməti oldu.

Parta arxasında əyləşmək özü,-

Körpə balaların isməti oldu.

 

Qüdrət qələmini götürüb Tanrı,

Bəndənin ömrünü, gününü yazdı.

Hər kəs özü üçün aradı sevgi,

Görünür, bu dünya bəndəyə azdı.

 

Yaman darıxıram ötən günlərçün,

Sözümün kəsəri azaldı, bəlkə?!

Məclisdə Ozanlar doğmam, əzizim,

Kənan özü üçün saz aldı bəlkə?!

 

Mən şair doğuldum əzəldən, qardaş,

Ləngər yerişimi tanımayan var?!

Ən çətin günümdə dayaq oldunuz,*

Mənim əməlimi qınamayan var?!


ALLAHın önündə əyilməyimçün,

NADİR qardaşım da yer ayırdı, yer.

Cənnəti qazanan Siz dostlarSınız!

Müqəddəs qələmim yazmasın şer?!

 

ƏFƏNDİM XANIMIN mənim könlümdə,

Əbədi yeri var, bir müəllim kimi!

Öz doğum günümdə xoş xəbərinə,

Sevindim, doğrusu, mütəllim kimi.


GÜLŞƏN XANIMI da unutmam fəqət,

Gözündə bir eşqə şahid oldum mən.

Kilsəyə getmişəm illər öncə də,

Xaç suyu görəndə rahib oldum mən.

 

Sən, TELMAN ƏFƏNDİ,  canın fəda,

Dost, qardaş uğrunda eylənimSən!

Bəndənin xeyrinə, ziyanına da,

HAQQI, ƏDALƏTİ söyləyənimSən!


Vətən savaşında EMİN QARDAŞIN,

Döyüş təcrübəsi varmış əzəldən.

Ürəyi yanacaq sevdiyi kəsə,

Danışmaz bir kərə şeir, qəzəldən.

 

SƏBUHİ qaqamın qılıncdan iti,

Hər sözü, söhbəti yaddaşımdadı.

Çarəsiz bəndəyə əl uzatmaq da,

Gördüm xoş niyyəti, yaddaşımdadı.

 

SƏNAN qardaşım qalmadı geri,

Mən dara düşəndə həyanım oldu.

Əbədi mənzilə baş vuracam, baş,

Adaşım qardaşı, sayanım oldu.

 

İXTİYAR məzəli, duzlu sözüylə,

Çətin gözlərimdən silinə bir gün.

İstərəm mənim də dost olmağım da,

QİYAMƏT günündə bilinə bir gün.

 

Balaca olsam da, böyümüşəm mən,

Sən də bir xaniman quraydın barı...

Səhvim doğulduqca addımbaaddım,

Mənim əllərimdən vuraydın barı...

 

Dərin hörmət və ehtiramla,

 

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 4 noyabr 2021-ci il.   

 

“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin sabiq direktoru, cənab Fəzail MƏMMƏDOV başda olmaq üzrə dəyərli dostlarım-Nadir, Xanım, Gülşən xanım, Telman, Səbuhi, hərbi qulluqçu qardaşımız Emin, Sənan, İxtiyar nəzərdə tutulur.

Sərh yazmaq