Kənan AYDINOĞLU."Nəriman QAĞAMSAN, Nəriman kimi"
Dəyərli dostum və qardaşım Nəriman üçün!
Ömür-gün yoldaşı Sara xanımın,
Çəkdi həsrətini Nəriman QAĞA*.
İllərdi, yaşayır xatirələrlə,
Saxlar hörmətini Nəriman QAĞA.
Kəndin, elatın da öz yeri varmış,
Bu qərib dünyada həyatı boyu.
Yaradan ALLAHdan arzum budur ki,
Görəsən xoş günü, sevinci, toyu.
Baxtına yazılıb ağ günlər Sənin,
Qara günlərinsə baxtı kəm olsun!
Sənin düyünündə, nişanında da,
Sevən dostların birgə-cəm olsun!
Sən qorxma həyatda çətin sınaqdan,
Bilirəm, sədləri hər gün aşassan!
Eşitdim, sənətə, sözün meylin var,
Ürəyin coşanda şeir qoşassan!
Taleyin üzünə güləcək Sənin,
Sən də hünərini göstərəcəkSən!
Xeyir nağılını, şər nağılını,
Gələcək nəsilə söyləyəcəkSən!
Kövrək şeirlərin nəğməyə dönüb,
Oxunsun bu eldə, dodaqda qalsın!
Könlündə dünyaya yol açan körpü,
Məşhər günündə də torpaqda qalsın!
Sənin şairliyin, şerin, kəlmən də,
Mənimçün bir məktəb yolu olacaq!
Kənanam, yenə də kövrələcəm mən,
Kitabın sözünlə dolu olacaaq!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 20 noyabr 2021-ci il.
*Xalq şairi Nəriman HƏSƏNZADƏyə işarədir.
Sərh yazmaq