Kənan AYDINOĞLU."Qəlbimdə əbədi taxt quran dostlar!"
“Baku Customs Works” MMC-nin bütün mehriban və səmimi kollektivinə,
dəyərli dostlarıma sevgi və sayqılarla!
Nə yaxşı, rast gəldim Sizə dünyada,
Qəlbimdə əbədi taxt quran dostlar!
Dəyişdi gözümdə bu gözəl həyat,
Qəlbimdə əbədi taxt quran dostlar!
Düşərmi güzarım bu öyə mənim?!
Köhnə xatirəm var, bu köyə mənim,
Sevincim sığmadı yer-göyə mənim,
Qəlbimdə əbədi taxt quran dostlar!
Kəndin özünün də şəhəri olsun,
Hər nurlu bir günün səhəri olsun,
Hər sözün, kəlmənin dəyəri olsun,
Qəlbimdə əbədi taxt quran dostlar!
Yaddaşım yerimdə, huş mənim deyil,
Sapanda daş qoydum, daş mənim deyil,
Kim dedi, süzülən yaş mənim deyil?!
Qəlbimdə əbədi taxt quran dostlar!
Dəyəydi dartılan kaş ki, ox aha,
Həyatmı gələcək bizə çox baha?!
Ruhumda, canımda qada yox daha,
Qəlbimdə əbədi taxt quran dostlar!
Yol çaşan yol gəlməz izdən ötəri,
Qol da büdrəyərmi dizdən ötəri?!
Yenə darıxacam Sizdən ötəri,
Qəlbimdə əbədi taxt quran dostlar!
Kənanam, qəlbimi açdım dünyaya,
Anamın bətnindən qaçdım dünyaya,
Qanadım yox, amma uçdum dünyaya,
Qəlbimdə əbədi taxt quran dostlar!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 20 noyabr 2021-ci il.
Sərh yazmaq