Kənan AYDINOĞLU."Sənin sədaqətin dostlara bəlli!"
Gözəlqəlbli, dəyərli qardaşım Rəsulov Rəsul Elşən oğlu üçün!
Başdan-ayağaymış bu qərib dünya,
Loğmanı, təbibi gözəldi, ALLAH!
Mənim xəyalımda həyatım boyu,
Qoşmadan gözəl də qəzəldi, ALLAH!
Süfrə arxasında dostların ilə,
Əyləşmək özü də günah deyilmiş.
Sədaqət göstərən ALLAH olunca,
Gündoğar ölkədə sabah deyilmiş.
Yazan bəlli oldu, yazdıran bəndə,
Taleyin yükünü götürmədəmi?!
Məşhərdən öncə də qoca dünyada,
ALLAH HAQQ yoluna ötürmədimi?!
Cənnət, Cəhənnəmin sirrini ancaq,
ALLAH biləcəkmiş, Özü ALLAHın!
Unutmaz bir kərə bəndələri də,
Yaddaşı, boylanan gözü ALLAHın!
Ən gözəl əməldi, əslinə baxsan,
Mənim həyatımda qəlbə yol açmaq!
Hüsn-rəğbət dolu günlər yaşayıb,
Doğmaya, tanışa bir də qol açmaq!
Toyu, düyünü yazan ALLAHkən,
Bəndənin niyyəti təmiz olacaq!
Göz yaşı süzülsə, yanaqlarından,
Bir damla çevrilib, dəniz olacaq!
Yaşa dola-dola bəndənin, İlahi!
Mənimçün otuz da, qırx da bu əlli!
Birgə yaşamağın, birgə sevincin,-
Sənin sədaqətin dostlara bəlli!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq