Kənan AYDINOĞLU."Sənin gülüşünün varmı bənzəri?!"
Dəyərli qardaşım Ağayev Mahir Tahir oğlu üçün!
Dəniz sahilində qağayı uçar,
Taleyin hər şeydən varmış xəbəri!
Çəkən ALLAH imiş bəndələri də,
Sınağa yazılar sevinc, kədəri.
Dumanlı fikir də çəkilən deyil,
Gözündən qapalı bu dünya kimi.
Qəzəl oxunacaq məclisdə bu gün,
Ərşə çəkil söz, bu röya kimi.
Süleyman RÜSTƏMİN, Nəbi XƏZRİnin,
Kitabı xatirə dolu xəzinə.
Əliağa VAHİDİN gözəl dünyada,
Gərək ki, düşəydim mən də izinə.
Sözə inanmağım-xoş xasiyyətim,
Pərdədə gizlənən görmədim simi.
“Küləklər Şəhəri” doğma Bakının,
Sərindi hər gecə gündüzü kimi.
Baxtım da açıqdı pəncərəm təki,
Taleyin hökmünü tərs almışam mən.
Tarixlər boyunca sınandım yenə,
Ustad XƏTAİdən dərs almışam mən.
ALLAH vergisidi üzün gülməsi,
Xoşbəxt bəndələrə cansağlıq olsun!
Qocalmaq, bəlkə də, hər kəsə qismət,
Ən gözəl bu an da ucalıq olsun!
Aynalı Xəzərin göz yaşı qədər,
Mən də seyr elədim Mavi Xəzəri.
Sən söylə dünyada məşhərə kimi,
Sənin gülüşünün varmı bənzəri?!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq