Kənan AYDINOĞLU."Doğma Sumqayıtın nəfəsiSən Sən!"
“Gənclər Şəhəri” Sumqayıtda böyüyən dəyərli qardaşım Rüstəmov Rüstəm üçün!
Mənim gəncliyimdən bir xatirəymiş,
Gözəl Sumqayıtın hər daşı, qardaş!
Unutmaz dünyada həyatı boyu,
Dünya dağılsa da, qardaşı, qardaş!
Baharı, yazı da döyər qapımı,
Yürüyər mənzilə hər addımbaşı.
Dağları aşan Sən, gözləyən mənəm,
Qovmasın Səni də şər addımbaşı.
Yolumuz Səninlə bir oldumu de,
Gəncənin özündən doğma olanım?!
Mənim yaddaşımda söz gizlənəcək,
İllər arxasında əziz qalanım.
Məni Səni dünyada öz ruhum təki,
Gərək bu dünyanın gözündən asam?!
Könül dəftərimin hər varağın da,
Bir sözə bəndəm mən, bir şeir yazam!
Küləyin gözü var, yağışın qəlbi,
Yellərə salam da söyləSən olur?!
Yolların ilk sözü “Salam!” ikən de,
Mənimlə Sən ülfət eyləSən olur?!
Mənim şeirlərim körpə bir uşaq,
Amma hüzurunda ağlaya bilər.
YARADAN istəsə, qərib dünyada,
Bəndəni şərdən də saxlaya bilər.
Mənim nəzərimdə güllü şəhərin-
Sözlü Gəncəmizin əvəziSən Sən!
Sən yaman kövrəltdin məni, ay qaqam,
Doğma Sumqayıtın nəfəsiSən Sən!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq