Kənan AYDINOĞLU."Müqəddəs torpaqdan yol gələn SənSən!"
Yerlim, Dəyərli qardaşım Orxan Mansurluya!
Görünür, əzəldən qərib dünyada,
Hər kəsin özünün amalı varmış!
Mənim həyatımda damla su kimi,
Bəndənin əxlaqı, kamalı varmış!
Ürəyi yandırmaq sevənlər üçün,
Taleyin töhfəsi olacaq yenə.
Gözəl söz, gözəl gün-başqaymış amma,
Gözləri sevənin dolacaq yenə.
Doğma AĞSTAFAYla doğma QAZAĞIn,
Dünyaya sevgiylə baxmağın da var!
Cənnəti qazandın əməlin ilə,
Çeşməsən, bulaqtək axmağın var!
Nə deyim, səmimi gülüşün, qardaş,
Mənim nəzərimdə bu gün yad deyil.
Şairin gözündə sirlidi-aləm,
Kim deyir, taleyi bu gün şad deyil?!
Sən məndən öncə də qərib dünyada,
Önündə əyildin UCA ALLAHın!
Bəndə şagird oldu, öyrəndi yenə,
Varıq hizmətində HOCA ALLAHIn!
Şahlar da devrildi saraydan bir gün,
Taxtadan yonulan taxtı, tacı var?!
Sevən bəndələrin Gözəl ALLAHdan,
Savayı kimsəyə ehtiyacı var?!
Qurbanam bu yurda ürəyim kimi,
Müqəddəs torpaqdan yol gələn SənSən!
Təbəssüm yaraşır üzünə axı,
Bu ömür uzunu hey gülən SənSən!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq