Kənan AYDINOĞLU."Mən sadə olmağı öyrəndim Səndən!"
Canım Qardaşım, Böyük ABİM Sərxan Mansurluya!
Doğma Ağstafaymış yadıma düşən,
Hüseyn QAĞAnın şeri-torpaqmış.
Göz yaşı tökmüşəm mən qəbir üstə,
Nəğmələr söyləyən bu söz dodaqmış.
İnsanın taleyi güzgüyə döndü,
Oxundu min kərə bir kitab kimi.
İçilməz su var ki, zəhərdən betər,
Çay var, içilməsə bir şərab kimi.
Əsən külək oldu ömür uzunu,
Mənim qapımı da döyən bu səhər.
Nəzərim-yaddaşım kimi çaşmasın,
Kimdi taleyini söyən bu səhər?!
Məni düşündürən deyil, bu fəqət,
Elinə, obana bağlı olan Sən!
Süleyman mülküymüş yaşanan dünya,
Əbədi yaddaşda yenə qalan Sən!
Mən insan görmüşəm, heç nəyi yoxdu,
Çox dartır özünü bəndə yanında.
Sənsə, tam fərqlisən, yəni sadəSəN,
Sadəlik Sənin də ilik, qanında.
Mən Səndən dəyərli bu neçə vaxtda,
Doğmalıq görmüşəm, doğmasan, QAĞA!
Mən daha tutmaram üzümü bu gün,
Sıldırım qayalı, çəmənli dağa!
Sözüm də acizdi qələmim kimi,
Bir az da kövrəyəm, Ulu Vətəndən!
ALLAH şahid olsun əməlimə ki,
Mən sadə olmağı öyrəndim Səndən!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq