Kənan AYDINOĞLU."Məndən xatirəymiş yazılan hər söz"

Yazdı ATILLA, 19-11-2021, 11:00, в Edebiyyat



Dəyərli qardaşımız, ABİMİZ Rafət Müəllim üçün!

 

Kitab hələ də yazılmayıbdı,

Şeir yaddaşa, torpağa düşər.

Kəsəri olmayan bir-iki kəlmə,

Ağ varaq üstündə ocağa düşər.

 

Müqəddəs qələm də yorulub, bəlkə,

Usanmır, yenə də sözüm gəzir.

Gözlərin içində gözlər var ikən,

Həsrətlə boylanan gözümü gəzir.

 

Yalanmış dünyada əbədiyyət də,

Həyatın sonu da məzarmış, məzar.

Ananın bətnindən ölənə kimi,

Hər kəsi dünyada gözləyir güzar.

 

Nə deyim, var olsun, Ulu YARADAN,

Bəndəni qoynuna götürər bir gün.

Cəhənnəm odundan qorunmaq üçün,

Cənnət qapısına ötürər bir gün.

 

Taleyin qisməti baxtı özüymüş,

Sevinci qarışıq qəmli dünyadı.

Şah Abbas taxından düşdüyü gündən,

Bir az da utanan, nəmli dünyadı?!

 

Görəsən, bəndəmi, yoxsa mələkmi,

İzinə düşəcək sirli aləmin?!

Düzü, mən heyranam həyatım boyu,

Yenə də səbrinə Əsli, Kərəmin.

 

Əməl dəftəri oxunar, amma

ALLAH hifz eyləsin bəndəni yenə.

Siz ABİ oldunuz dostlar içində,

Həyatmı yoğurar kündəni yenə?!

 

Ey Kənan, xoşbəxtSən, bu həyatda Sən,

Səbrini basınca, ağrıya da döz.

Qəbir evinəcən hələ zaman var,

Məndən xatirəymiş yazılan hər söz.

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 19 noyabr 2021-ci il.

“BAKU CUSTOMS WORKS” MMC.

Sərh yazmaq