Kənan AYDINOĞLU."Salam söyləyənə Salam da olsun!"

Yazdı ATILLA, 19-11-2021, 10:00, в Edebiyyat


 

 

Sayğıdəyər dostlara Salamlar göndərən nəcibqəlbli Xanıməfəndi Cümayeva Vəfa Zahid qızı üçün!

 

Bir ALLAH bilir ki, qadının qəlbinin,

Dünyaya boylanan gözü var imiş!

NiGARIN, HƏCƏRİN qərib dünyada,

Əbədi yaddaşda sözü var imiş!

 

Qədimi tarixdən üzü bəriyə,

Önündə qadının əyər baş dünya!

Vədi də yalanmış ürəyi kimi,

Əzəldən xaniman gözü çaş dünya!

 

Nə dosta, tanışa həyan olacaq,

Nə də ki, sirrini açacaq bir gün.

Könlünün həmdəmi bilmə dünyanı,

Əlindən sürüşüb qaçacaq bir gün.

 

Sevincli gözündə Vəfa xanımın,

Qəlbində əbədi təlaş olmasın!

Arzum da budur ki, UCA ALLAHdan,

Bu cahan mülkündə savaş olmasın!

 

Dağların dostluğu bir qadın qədər,

Olmadı həyatda, ALLAHa şükür!

Geriyə çəkilən zaman deyilmiş,

Çaşmadıq saatda, ALLAHa şükür!

 

Türkün bayrağıtək əzizdən əziz,

Hər daşım, hər bürcüm qalam da olsun!

Qadın nəvazişi əməldən gözəl,

Salam söyləyənə Salam da olsun!

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 19 noyabr 2021-ci il.

“BAKU CUSTOMS WORKS” MMC.

Sərh yazmaq