Kənan AYDINOĞLU."Əqrəbdi dünyada ən həssas bürc də"

Yazdı ATILLA, 19-11-2021, 09:00, в Edebiyyat

 

Ərqəb bürcü altında doğulan Xanıməfəndi İsgəndərova Eleonora Nadir qızı üçün

 

Bu həyat öyrədir bəndəyə hər gün,

Yaxşını, yamanı seçməyi heyhat.

Dəyişir gözündə insanın inan,

Ovuca sığmayan böyük kainat.

 

Günəş doğması, ayın batması,

Görünür, əzəldən bir qanun oldu.

Tanrı qələmini götürən gündən,

Mələyin sevindən gözləri  doldu.

 

Bürclər də, illər də taleyin əmri,

Gələndə yatarmış ipə, sapa da.

Yumruqtək birləşən bürclər, İlahi,

Dünyada xaniman, bir öy yapa da.

 

Füzuli yol gəldi, usanmadı da,

Kərbəla yolundan Hələbdən, ALLAH!

Axı nə aldadım, həssas olmağın,

Oldum şahidi mən əqrəbdən, ALLAH!

 

Deyirlər, bir eşqin yolunda bir vaxt,

Aşiqin, məşuqun ölməyi gözəl.

Mən bürclər görmüşəm ağlamağı var,

Mən bürc görmüşəm ki, gülməyi gözəl.

 

Lap eyri gələndə qorxmaz bir kərə,

Göstərər hər kəsə yeri və güc də.

Mənim nəzərimdə həyatım boyu,

Əqrəbdi dünyada ən həssas bürc də.

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 19 noyabr 2021-ci il.

“BAKU CUSTOMS WORKS” MMC.

 

Sərh yazmaq