Kənan AYDINOĞLU."Kamillik yolunda sınaq var imiş!"
Dəyərli insan, Xanıməfəndi Əliyeva Ülkər Elçin qızına!
Nəfslə döyüşəndə bəndə dünyada,
ALLAHın özü da şad olur axı.
Doğmalar içində düşəndə nifaq,
Doğma da çevrilib yad olur axı.
Həyatın özüymüş unutmayaq ki,
Xeyri də, şəri təlqin eyləyən.
Nifrəti qəlbindən qovan bəndəymiş,
HAQQın hər sözünü bu gün söyləyən.
Çarmıxa çəkilmək şərt deyilmiş, şərt,
Əsas məsələ də dəyişmək olsun.
Qəbir evinəcən qərib dünyada,
Bəndənin amalı döyüşmək olsun.
Yazın da, qışın da öz qərarı var,
Bir kərə unutmaz həyat hər kəsi.
Gərək ki, bəndə də ALLAHa doğru,
Can atan dinləsən qəlbdəki səsi.
Ey gözəl, dəyərli Xanıməfəndi,
ÜlkərSən, hər kəsə qayğını gördüm.
Böyüyə, kiçiyə hörmət, ehtiram,
Gözündə sevgiylə sayqını gördüm.
Dünya dəyişəcək gözümdə mənim,
Əridim buz kimi sözünə mən də.
Əslinə baxanda dostlar içində,
Ən gözəl, səmimi Müəllim Sən də!
Sənə cansağlığı diləyən mənəm,
İstərəm hər zaman gülsün dodağın.
Mələklər köməyə gələcək Sənə,
Qızarar xoş sözə alma yanağın.
Yolunu yerimək-alın yazısı,
Bu eldə, obada qınaq var imiş!
Sözümün kəsəri, canı beləymiş:
Kamillik yolunda sınaq var imiş!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq