Kənan AYDINOĞLU."Asılan daşın da kəndiri varmış"
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
DGTYB Məsləhət (Gənəşi) Şurasının Başkanı Əkbər Qoşalının
“Ürək daşı” adlı yeni şeirlər kitabını oxumasam da...
Dastan da söyləndi şeirlə birgə,
Məsliclər quruldu aşıqlar üçün.
Kutsal Ramazanda, şükür, İlahi,
Sevgiyə büründü bu dünya bütün.
Vətənin hüsnüylə yurdda şairin,
Axı öyünməyə haqqı var, qardaş!
Bir sözdən, əməldən küsən ürəyin,
Hər gün döyünməyə haqqı var, qardaş!
Haqqa qovuşanı qərib dünyada,
Bu gün də palaza bürünən gördüm.
Nə daşdan yoruldum, nə də kəndirdən,
Kəndiri ilantək sürünən gördüm.
Yaddaşa yazılan ömürdən gedər,
Dünənin, bu günün görünmür vaxtı.
Ağa ağ dedilər, qaraya qara,
Şairin sevgidən gətirmir baxtı.
Kündələr yoğurub, yapdım bir zaman,
Çörəyin duzu və təndiri varmış.
Ustadım, şairsən döyünən qəlbdə,
Asılan daşın da kəndiri varmış.
Bakı şəhəri. 24 fevral 2019-cu il.
Sərh yazmaq