Kənan AYDINOĞLU."Bilirəm, qəlbindən daş asılıbdı"

Yazdı ATILLA, 7-10-2021, 08:00, в Edebiyyat

 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


DGTYB Məsləhət (Gənəşi) Şurasının Başkanı Əkbər Qoşalının

“Ürək daşı” adlı yeni şeirlər kitabını oxumasam da...

 

Şairin, qadının könlünü alan,

Şehli çəmənlərdə gül, çiçək oldu.

Tovuzda Qoşalı kəndində bir vaxt,

Dünyaya gəlişin mübarək oldu.

 

Ustad Yunusdan da şeir oxudum,

Allaha qovuşmaq ən gözəl məram.

Doğma Bakımıza həyatın boyu,

Turan ellərindən gətirdin “Salam!”.

 

Sevsən, bu həyatı dərdinə hər an,

Tanrının özü də olacaq həmdəm.

Üzün və yanağın gülsə də, şair,

Sənin gözlərində çiçəkləyib qəm.

 

Qəmdən yoğrulubdu misraların da,

Sən qəmə şəriksən, qəm sənə şərik.

Sənin də qapını döyəndə kədər,

Allahın özündən üzr istəyərik.

 

Şairsən, əzəldən TÜRK OĞLUSAN Sən,

Sənin də ömrünə qəm yazılıbdı.

Ustad, kitabını oxumasam da,

Bilirəm, qəlbindən daş asılıbdı.


Bakı şəhəri. 22 fevral 2019-cu il.

Sərh yazmaq