Kənan AYDINOĞLU."Ömür-gün ötdükcə dəyişdi dünya"
Canım Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə!!!
Ömür-gün ötdükcə dəyişdi dünya,
Öyrənib, öyrətmək-nə gözəl imiş!
Baxtına yazılan ALLAHa bəlli,
Taleyi söylərmək-nə gözəl imiş!
Müəllimtək qırmızı qələmi ilə,
Bu həyat hər kəsə yazacaq qiymət.
Ən əziz, ən doğma balası kimi,
Sevib, əzizyləyir Ana təbiət.
Təcrübə qazanır əslinə baxsan,
ALLAHın izniylə dünyada bəndə.
Bu gün doğum günün Sənin, AMALYA,
Sənə gözəl həyat diləyim mən də.
Güllərin içində güldən gözəlsən,
Sən VAQİF qardaşın baş tacı oldun!
Mən də darıxıram səmimiyyətinçün,
Kənana illərdi Sən bacı oldun!
Yolumu, izimiş çaşanda mən də,
Sən HAQQIN yolunu göstərdin mənə.
Gəncliyim geridə qalıb mənim də,
Minnətdar olmuşam, oluram Sənə.
Doğmalar içində Sənin özün yerin,
Mənim yaddaşımda əbədisən Sən.
CƏNNƏT qapıları üzünə açıq,
Haqqın-ədalətin məbədisən Sən.
Hər kəlmə Səninçün yadigar qalar,
Bu qərib dünyada qərib görmüşəm.
"Can dostlar" yadıma düşübdü mənim,
Min dəfə dirilib, mən də ölmüşəm.
Dəyişdi çarxını bu dünya yenə,
Yaxşı da, yaman da seçilməliymiş.
Geriyə yol yoxdu, yalnız irəli,
Yollar var, ilk gündən keçilməliymiş.
Sirat körpüsünü xatırladacaq,
Məşəqqət içində yaşanan həyat.
Dünya düzənində dəyişdi hər şey,
Çəkilməz əqrəblə geriyə saat.
Xoş günlər nəsibin olsun həyatda,
Qonacaq bu səhər gülüş dodağa.
Bilirəm, bağlısan ürəyin ilə,
Doğma AZƏRBAYCAN-ulu torpağa.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 3 iyul 2021-ci il. Sərh yazmaq