Kənan AYDINOĞLU."Mən öz taleyimi gözlədə bildim"
Sevimli müəlliməm, Əfəndim Əliyeva Xanım Elşad qızının
anadan olmasının 25 illik yubileyi münasibətilə!!!
Qadın əllərindən savayı mən də,
İsti bir yuva da tanımamışam.
Ömür yollarında tərs gəldi işim,
Kim deyir, özümü qınamamışam?!
Yolun əyrisini, düzünü də mən,
Ağsaqqal, qocadan öyrənən oldum.
HAQQA bağlamışam ümidimi də,
Yenə HAQQ sözünü söyləyən oldum.
Yanaqdan göz yaşı süzüləndə də,
Çevrilib dəniz də bu gün çay oldu.
Gözlərin bir dünya, özün bir dünya,
Yazda doğulsan da, fəslin yay oldu.
Mən rəssam deyiləm çəkəm şəklini,
Tabloya sığışmaz gözəlliyin də.
Aşiqin olmuşam, nə aladdım mən,
Mən Səni gördükcə gözəlliyində.
Dünyada ən gözəl şeir yazaram,
Məni bağışılasan, bu dünyada Sən.
Müqəddəs qələmim hüzurundadı,
Gözündə ovsun var, sehrindəyəm mən.
Dostların əllisi gərəyim deyil,
Mənim sözlərimin onu olmadı.
Neftçala mənim də ömür yolumun,
Başlanğıc nöqtəsi, sonu olmadı.
Sənət meydanında öyünməmişəm,
Hər sətrin, hər şerin ələmi ol gəl!
Löhvəyə öyrəşən şagird kimiyəm,
Sən şair dünyamın Həmdəmi ol gəl!
Sən mənim sevimli müəlliməmSən,
Dostların içində yerin başqaymış!
Məzəli söhbətin, səmimi sözün,-
İlk qələm təcrübən-şerin başqaymış!
Əzəldən niyyətim gözəl olsa da,
Sirrimi qəlbimdə gizlədə bildim.
Ömür yaşamağa dəyər dünyada,
Mən öz taleyimi gözlədə bildim.
Ruhlar aləminə çəkilən zaman,
Dünya gözlərimdə dəyişir mənim.
Səngərdə silaha sarılan əsgər,
Kimi bu baxtım da döyüşür mənim.
Kövrəyəm, uşaqtək ağlamağım var,
Könlümdə duyğudu yaşadan məni.
Bəzən qəzəblənib çıxsam, özümdən,
Bəzən də yuxudu yaşadan məni.
İlk hərfi, ilk sözü öyrədənimSən,
Səndən küsməyə də haqqımmı çatar?!
Günəş şəfəqindən pay göndərəcək,
Ulduzlu gecədə ay özü batar.
Həyatın özüymüş sınayan bizi,
Ömür yollarında həyanım oldun!
Mən də məşəqqətlə üz-üzə qaldım,
Qolumdan tutanım, sayanım oldun!
Kölgən də utanıb baxmaz üzünə,
Gözəlsən, gözəllər gərək yeriyə.
Gülüşün dəyişdi həyatı tamam,
Mənim gözlərimdə döndün pəriyə.
Öyrəşdim mən Sənin doğma sözünə,
Gözündə hər dəfə özümü gördüm.
Bir göz axtarmadım, gözün var ikən,
Gözünün içində gözümü gördüm.
Demədim, günahım, suçum yox mənim,
Qələmə sarılmaq taleyim imiş.
Gərdişi-dövranla barışmamağım,-
Mənim də güzarım, gileyim imiş.
Rəhmət var ürəkdə, sevinc var gözdə,
Dişimi dünyaya sıxa bilmərəm.
Mən də qocalıram bu həyat kimi,
Sənin zəhmətindən çıxa bilmərəm.
Sanma ki, asanmış bu qədər yazmaq,
Dərdi olmayan da dərddən bixəbər.
Ananın əlindən öpsəm də, azdı,
Dünyaya gəldiyin gündü bu səhər.
Haqqın dərgahından enən mələklər,
Günahı, savabı yazır bir kərə.
Taleyin hikməti beləymiş əlbət,
Boyun əyməyəcək xeyir də şərə.
Cənnətin qoxusu-mələyə bənzər,
Cəhənnəm oduysa közə dönəcək.
Köhnə xatirələr, ötən günlər də,
Yaddaşa yazılan sözə dönəcək.
Bir ömür varmı de yaşandıqca da,
Doğrusu, həm də ki, yalan olmasın?!
ALLAHdan borc alan borclu qalmadı.
Həyat satılmadı alan olmasın.
Sən cavan ömrünü bada vermə gəl,
Xoşbəxt yaşamağın ilk diləyimmiş.
“Əfəndim XanımSan!”-öyrədəminSən,
Bu sözü söyləyən bu ürəyimmiş.
Əyilsəm, qarşında kiçilərəm mən,
Məni bağışlasan, könlüm olar şad.
Xaraba bu dünya dağılacaqmış,
Bir gün görüşsə də, doğma ilə yad.
Səninlə üz-üzə gəlsəm, dünyada,
Duam söyləyəcək qəlbdən keçəni.
ALLAHın özü də unutmaz fəqət,
Sevib bəndələri-HAQQı seçəni.
Nə qədər dünya var, söz də var demək,
Şairin könlündə öz dünyası var!
Şagirdin Kənanın qoca dünyada,
Özündən də böyük söz dünyası var!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 21 iyun 2021-ci il. Sərh yazmaq