Kənan AYDINOĞLU."Ay elqızı qorxma gəl, yeni bir səfər SƏNİN!"

Yazdı ATILLA, 7-06-2021, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Ay elqızı qorxma gəl, yeni bir səfər SƏNİN!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Əfəndim Xanım Əliyevanın (Əliyeva Xanım Elşad qızı) 22.06.1996-cı il tarixində dünyaya göz açan Sevimli MÜƏLLİMƏMİN-25 illik yubileyi münasibətilə!


Nazlanırsan bu səfər quzu kəsimmi Sənə,
Ay elqızı qorxma gəl, yeni bir səfər SƏNİN!
Gözəlliyin aşiqi şair olsa da, bu gün,
Bərkə-boşa çəkilən kənd ilə şəhər SƏNİN!

Geri dönüb baxassan yaşadığın vaxtına,
Sarayda oturassan gözəlliyin taxtına,
Gəlin olmaq qadının yazılıbmış baxtına,
Sənə müjdə gətirən Aynalı Xəzər SƏNİN!

Cənnət bağının belə meyvəsi kal olsa da,
Hər söhbətin məzəli, hər sözün bal olsa da,
Gözlərində sevinc var, baxışın lal olsa da,
Yaraşmaz ki, gözünə qəm ilə kədər SƏNİN!

Kündələri Sən bir-bir yoğurassan, yapassan,
Qadın səadətini bu dünyada tapassan,
Üzəngini basanda köhlən atı çapassan,
Çənlibeldə Qıratla, Düratla yəhər SƏNİN!

Ayaq basdığın torpaq səpəcək güllə çiçək,
Dodağa gülüş qonar döyündükcə bu ürək,
Kənan Aydınoğludan hədiyyə olsun gərək,
Doğum günün mübarək! Açılan səhər SƏNİN!

Bakı şəhəri. 5 iyun 2021-ci il.

Sərh yazmaq