Kənan AYDINOĞLU."Dostların içində İxtiyarım var!"

Yazdı ATILLA, 27-05-2021, 08:02, в Edebiyyat

Kənan AYDINOĞLU."Dostların içində İxtiyarım var!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin əməkdaşı
dəyərli qardaşım İxtiyar üçün


Şəhərlər içində doğma Bakımın,
Hüsnünə şeir yaz, ruzigarım var!
Əliağa VAHİDdən Süleymanacan,
Ramiz RÖVŞƏN təki xiridarım var!

Hər kəs yaşayacaq öz aləmində,
Göz ağlar qalmasın göz aləmində,
Şair olmasam da, söz aləmində,
Zəlimxan YAQUBum, BƏXTİYARım var!

Ürəyəm, sinədə döyünməmişəm,
Kim deyir, xoş gündə söyünməmişəm?!
Sənət meydanında öyünməmişəm,
Dostların içində İxtiyarım var!

Bakı şəhəri. 27 may 2021-ci il.

Sərh yazmaq