Kənan AYDINOĞLU."Deyirlər, bu ömür bitməz bir kərə!"
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin İcraçı katibi
dəyərli qardaşım Nadir üçün
Nə qədər dünya var, insan var demək,
Deyirlər bu ömür bitməz bir kərə!
Sınanmaq Taleyin qisməti imiş,
Bəndə öyrəşəcək xeyirə, şərə!
Ağrısı, acısı bu həyatın da,
Getməz könlümüzdən bir qübar kimi.
Baxtına yazılan vaxta yazılmaz,
Dünyamı görünür bir nübar kimi?!
Qadına ehtiram, Anaya sevgi,-
Oxudum gözündən bu səfər, Nadir!
Səmimi sözünlə, xoş əməlinlə,
Güləcək üzün də bu səhər, Nadir!
Yeridir hökmünü bu dünya bəzən,
Bu sirdi, həyatın var diqtəsi də!
Ömür bir yol imiş, uzanan yoltək,
Nidası olduqca var nöqtəsi də!
Mənim nəzərimdə, mənim gözümdə,-
Sadəlik–sevginin əlamətiymiş!
Qəlbində imanın boy atması da,
Yaradanın ALLAHın kəramətiymiş!
Bakı şəhəri. 26 may 2021-ci il. Sərh yazmaq