Kənan AYDINOĞLU."Dünyada ən zərif çiçəkdi qadın!"

Yazdı ATILLA, 26-05-2021, 04:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Dünyada ən zərif çiçəkdi qadın!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

“Gilan HOLDİNG” MMC-nin aparıcı işçisi,
dəyərli dost, Xanıməfəndi Gülşən Sadiqova üçün


Həyatın özüylə döyüşmək olmaz,
Kim deyir, baxtıyla görüşmək olmaz?!
Taleyin hökmünü dəyişmək olmaz,
Dünyada ən zərif çiçəkdi qadın!

Müqəddəs Anaymış, Oğuzdu boyu,
Bir gün yada düşər nişanı, toyu,
Körpəni əzizlər həyatı boyu,
Qanadsız olsa da, mələkdi qadın!

Olmasın dünyada baxtı gərək kəm,
Göz yaşı-həsrətdi, yanağında nəm,
Unutma, ələnsə, gözlərinə qəm,
Əbədi döyünən ürəkdi qadın!

Bulağın gözündən gözəl olsa da,
Şairin sözündən gözəl olsa da,
Ceyranın özündən gözəl olsa da,
Bəzən inciyəndi, ürkəkdi qadın!

Sən ki yanılmadım seçimdə, ALLAH,
Bəndəmi eyni bir biçimdə, ALLAH?!
Bütün yaradılış içində, ALLAH,
Ən gözəl varlıqdı-göyçəkdi qadın!

Bakı şəhəri. 26 may 2021-ci il.

Sərh yazmaq