Kənan AYDINOĞLU."Sən getsən, dünyadan küsəcəyəm mən!"

Yazdı ATILLA, 18-05-2021, 02:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Sən getsən, dünyadan küsəcəyəm mən!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Bakı Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsində ali təhsilini davam etdirdiyi dönəmdə bədii yaradıcılıq fəaliyyəti ilə də məğul olduğunu öyrəndim. Təcrübə keçdiyim Şirkətdə çalışan nəcib, kövrəkqəlbli istedadlı gənc Xanım üçün

Gözəlsən, nazlanmaq yaraşar Sənə,
Sən getsən, dünyadan küsəcəyəm mən!
Köksümü ötürüb, bir ah çəkəcəm,
Bir də dodağımı büzəcəyəm mən!

Qəmzən də, işvən də yerində Sənin,
Sən getsən, dünyadan küsəcəyəm mən!
Sənət dünyasında xariqələr var,-
Məcnundan, Leyladan küsəcəyəm mən!

Qəm də çiçəkləməz Sənin gözündə,
Sən getsən, dünyadan küsəcəyəm mən!
Yenə darıxacam körpələr kimi,
Dünyanı dolaşıb, gəzəcəyəm mən!

Həyata öyrəşmək deyilmiş asan,
Sən getsən, dünyadan küsəcəyəm mən!
Kənandı yenə də Haqq sözün yazan,
Sən getsən, dünyadan küsəcəyəm mən!

Bakı şəhəri. 9 aprel 2021-ci il.

Sərh yazmaq