Kənan AYDINOĞLU."Müqəddəs “Quran”da şairlər də var!"

Yazdı ATILLA, 18-05-2021, 01:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Müqəddəs “Quran”da şairlər də var!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Gözəl dost Telman qardaşım üçün

Müqəddəs “Quran”da şairlər də var,-
Könlümü oxşayan qoşma, qəzəlmiş!
Hakimi Mütləqin-Uca ALLAHın,
Eşqiylə şeirlər yazmaq gözəlmiş!

Mələklər səcdəyə qapananda da,
Dünya məhvərindən qopa bilərmiş!
Bəndə Haqq yoluna-geriyə dönüb,
ALLAHı dində də tapa bilərmiş!

Günah da, savab da qoca dünyada,
Yazılan baxt imiş, bir ömür üçün.
Həzrəti Adəmin övladlarıyıq,
Yanmayaq, yansaq da, bir kömür üçün.

Cənnət, Cəhənnəm də gözləyir hələ,
Qiyamət günündə qiyamət olar!
Tövbə eyləyəndə bəndə ALLAHa,
ALLAHdan bəndəyə inayət olar!

İxtiyar Sahibi, Rəhman və Rəhim,
Tanrının rəhməti var bizə, şükür!
Məşhərdə haqq-hesab çəkəcək, amma,
Rəbbimiz özüymüş yar bizə, şükür!

Bakı şəhəri. 9 aprel 2021-ci il.

Sərh yazmaq