Kənan AYDINOĞLU."Şəhid olmaq hər kəsin yazılmayıb baxtına"

Yazdı ATILLA, 21-11-2020, 21:00, в Edebiyyat

https://c.radikal.ru/c24/2011/59/e1031ae9e9b9.jpg


“Bu müqəddəs torpaqda Şəhidin qanı qaldı”.
Müəllif.

Rəşadətli Azərbaycan Milli Ordusunun həqiqi hərbi xidmət hərbi qulluqçusu Qardaşımız Cəfərov İbrahim Şamil oğlunun müqəddəs xatirəsinə!


Nə qədər ki, ömrümüz hələ Sənə borcludu,
Gərək biz də boylanaq zamanına, vaxtına.
Vətən Ana kimidi, Anadan da əzizdi,-
Şəhid olmaq hər kəsin yazılmayıb baxtına.

Bir orduya yazılıb xidmət etmək-şərəfdi,
Səngərdə silah tutub, atəş açmaq-hünərdi.
Tarix boyu müqəddəs amal qoruyur bizi,
Koroğlu, Cavanşirlər Nigar ilə Həcərdi.

Qeyrətinə qurbanam, gözdə həsrət yağışı,
Torpaq üçün canından keçən ŞƏHİDİM mənim!
Yerin görünür bu gün doğma AĞSTAFAMIZDA,
Müqəddəs torpağa and içən ŞƏHİDİM mənim!

Sən CƏNNƏTi qazandın hünərin, qeyrətinlə,
Üçrəngli bayrağımız dalğalanır bizimçün.
Qəlpələr, mərmilər də dağıdıb, tökür yeri,
Bizə Sənə minnətdarıq bu qədər dözüm üçün.

Gözü yaşlı Anan da fəryad qoparır bu gün,
İsmin İBRAHİM oldu, məramınsa döyüşmək.
Deyirlər ki, torpağın altında da həyat var,
Qismət olarmı, görən, Sənin ilə görüşmək?!

Ruhu, canı, qanıyla ömrün ən gənc çağında,
Alov kimi eşqiylə dərdə yanan Şəhidim!
Adın tarixə düşdü İBRAHİM ŞAMİL OĞLU,
Cəbhədə, döyüşdə də tarix yazan Şəhidim!

ŞUŞA, LAÇIN, KƏLBƏCƏR qürur duyur Səninlə,
Alınıbdı qisasın uyu torpaqda rahat!
Dünya öz gərdişini dövrana əta etməz,
Səni qaytaran deyil geriyə bir də həyat!

Bakı şəhəri. 21 noyabr 2020-ci il.

Sərh yazmaq