Kənan AYDINOĞLU."Toy-büsat qurulub bu axşam, ALLAH!"
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Yenicə ailə həyatı quran iki gəncə-Orxan bəyə və Günel xanıma!
Sevəndə hər kəsin gözləri dolur,
Deyirlər, sevənlər möhtərəm olur.
Gənclərin könlünə təpər ver nolur,
Toy-büsat qurulub bu axşam, ALLAH!
Eşqi, məhəbbəti arayan olsun,
Sevgidən hər biri yarıyan olsun,
Könüllər hər zaman sevgiylə dolsun,
Toy-büsat qurulub bu axşam, ALLAH!
Bu günün əvəzi ola bilməz heç,
Bəndəyçün ən gözəl günləri Sən seç.
Sevən könüllərin günahından keç,
Toy-büsat qurulub bu axşam, ALLAH!
Nə ruha, nə cana gəlməsin qada,
Atanı, Ananı saldıqca yada.
Sevənlər gözəldi gözəl dünyada,
Toy-büsat qurulub bu axşam, ALLAH!
Duyğular ən incə sözdən danışsın,
Küsülü qalanlar hər an barışsın.
Sevməkdə bəndələr hər gün yarışsın,
Toy-büsat qurulub bu axşam, ALLAH!
Bakı şəhəri. 9 iyul 2017-ci il. Sərh yazmaq