Kənan AYDINOĞLU."Xoşbəxtlik hamının qisməti olsun!"
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Yenicə nişanlanmış iki gəncə-Orxan bəyə və Günel xanıma!
Deyirlər, cənnəti qazanmaq üçün,
Günahlar yuyulub, itsə yaxşıdı.
Əvvəli xoşbəxtlik, sonuysa sevinc,
Ömür axarıyla getsə yaxşıdı.
Görün Siz dünyada toy ilə büsat
Allaha hər zaman olun amanat!
Yenicə başlanan bu gözəl həyat,-
Gözəl günlər ilə bitsə yaxşıdı
Həsrətdən nə çiçək, nə də gül solsun!
Sevincdən hər kəsin gözləri dolsun!
Xoşbəxtlik hamının qisməti olsun!
Aylar də gün kimi ötsə yaxşıdı
19 yanvar 2017-ci il. Bakı şəhəri Sərh yazmaq