Kənan AYDINOĞLU."Yaxşıya, yamana rast gəlir insan"

Yazdı ATILLA, 3-07-2020, 07:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Yaxşıya, yamana rast gəlir insan"


Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə!!!

Sehrinin altına düşə bilmirsə,
Ovsunsuz bir gözə yoxdu ehtiyac.
Sevilib, sevdinsə, xoşbəxtsən, inan,
Lüzumsuz min sözə yoxdu ehtiyac.

Gülüş də qadınçün gözəl dünyada,
Səadət adlanan hikmətə bənzər.
Əslinə baxanda qadn güləndə,
Dünyanı sehriylə, sevgiylə bəzər.

Həvva Anamızdan yol gəlib qadın,
Dünəni unudub, baxıb sabaha.
Övlad böyüdübdü gələcək üçün,
Fəqət dua edib yenə Allaha.

Allahın əmriylə və hikmətiylə,
Dəyişir yenə də dünyada dövran.
Ömür yollarında bərkimək üçün,
Yaxşıya, yamana rast gəlir insan.

Şehli çəmənlərdə şairlər üçün,
Qadına hədiyyə-gül, çiçək oldu.
İllər arxasında körpə olunca,
Dünyaya gəlişin mübarək oldu.

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 2 iyul 2019-cu il.

Sərh yazmaq