Kənan AYDINOĞLU."Üz tutsan haqqın yoluna, sən abi-heyvan taparsan"

Yazdı ATILLA, 25-11-2019, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Üz tutsan haqqın yoluna, sən abi-heyvan taparsan"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Üz tutsan haqqın yoluna, sən abi-heyvan* taparsan.
Dərdli-kədərli ananı, yenə də giryan* taparsan.

Sığındıqca dərgahına, gündən-günə, aydan-aya,
Ruzunu Ulu Tanrıdan,inan cavidan* taparsan.

Gəlib düşsən bir məclisə, fəqət hər an deyib-gülən,
Dünən məzlumməzlum baxan, quzunu büryan* taparsan.

Oxuduqca haqq “Quran”ın ayəsini, surəsini,
Cilovlayıb hisslərini, inan ki, ürfan* taparsan.

Ömrünün hər bir günündə deyə-deyə, gülə-gülə,
Daşa, bütə tapındısa sonunda hirman* taparsan.

Fevral, 2010.

Abi-heyvan-dirilik suyu
Giryan-ağlayan, ağlar
Cavidan-həmişəlik, əbədilik
Büryan-kabab
Ürfan-bilik, mərifət, Allahı dərk etmək
Hirman-məyusluq, ümidsizlik

Sərh yazmaq