Kənan AYDINOĞLU."Şair olmağıma bir ömür qalıb"
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bilmirəm,nə üçün doğulmuşam mən,
Əldə kündə olub yoğrulmuşam mən.
Çox çətin günlərdən yorulmuşam mən,
Şair olmağıma bir ömür qalıb.
Kədəri sevinclə görəndə birgə,
Bəxtimin üstünə düşəndə kölgə,
Gülüb şadlananda böyük bir ölkə,
Şair olmağıma bir ömür qalıb
Dünyanın sirrini aça bilmədim,
Dərdlərin əlindən qaça bilmədim.
Nə qol-qanad açıb uça bilmədim,
Şair olmağıma bir ömür qalıb. Sərh yazmaq