Kənan AYDINOĞLU."Vurğun"

Yazdı ATILLA, 23-10-2019, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Vurğun"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Xalq şairi Səməd Vurğuna

Başın ağrısa da, durmadı əlin,
Yazdığın hər sözün qalandı, Vurğun.
Vətənə sən dedin həmişə ana,
Vətənin şairi balandı, Vurğun.

Xalqına həmişə hörmət bəslədin,
Hamını sənətə, şerə səslədin.
Bu elə-obaya sən nur çilədin,
Sənsiz hər bir vətən yalandı, Vurğun.

Dirçəltdin şeiri torpağın kimi,
Qoruyub saxladın ocağın kimi.
Qədrini bilimisən bayrağın kimi,
Adına tonqallar qalandı, Vurğun.

Sərh yazmaq