Kənan AYDINOĞLU.”Yerindən qalxan deyilsən”
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Çatdır xəbəri anama,
Səni çağırsam yanıma.
Od vursan sakit canıma,
Sən mənə baxan deyilsən.
Kəsməsin sənə quzunu,
Səpməsin üstə duzunu.
Xəstə olsam il uzunu,
Yerindən qalxan deyilsən.
Bəlkə, qızlardan fərqləndin,
Gah danışdın, gah dinləndin.
Bilməm, bəlkə ürəkləndin,
Könlümə həyan deyilsən.
Təbiətin yaz, qışında,
Ömrün on doqquz yaşında,
Ağrıyan dərdli başımda,
Sevgimə yanan deyilsən.
27 yanvar 2009.
Mənbə: http://edebiyyat-az.com Sərh yazmaq