Kənan AYDINOĞLU."Anam Türkiyənin bir parçasısan"

Yazdı ATILLA, 30-06-2015, 11:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Anam Türkiyənin bir parçasısan"


Anam Türkiyənin bir parçasısan,
Gördükcə səni şad oldum, Adana!
Qəriblər qəribdi qərib dünyada,
Dünyada mən də yad oldum, Adana!

Qoynunda dil açan yeni nəğmələr,
Dodaqdan dodağa süzülüb gəldi.
Hüsnü camalına tamaşa üçün,
Ərənlər torpağa düzülüb gəldi.

Günəşlə birlikdə oyanan səhər,
Üzünə nurunu səpib gələcək.
Köhnə xatirəni təzələməkçün,
Sənin yanağından öpüb gələcək.

Daha gözlərində qəm olmayacaq,
Hər səhər sübh çağı dan söküləndə.
Məğrur görünəssən həyatın boyu,
Yağışın yerinə nur töküləndə.

Atatürk yurdunda şükür millətin,
Qarışıq düşmədi yası və toyu.
Sən nə İstanbula, nə Ankaraya,
Düzü, bənzəməssən həyatın boyu.

15 sentyabr 2014-cü il.Bakı şəhəri

Sərh yazmaq