Kənan AYDINOĞLU.”Ömrümün hər anı kədərə şərik”

Yazdı ATILLA, 18-06-2015, 07:27, в Edebiyyat

Kənan AYDINOĞLU.”Ömrümün hər anı kədərə şərik”


Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı gənc xanım yazar Canım Bacım Şəhla Ramazanqızının “Niyə qəmli şeirlər yazırsınız?” sualına cavab olaraq yazdım

“Kədərdi, doğrusu, həyatım boyu,
Qapımın önündə durub ağlayan”.
Müəllif

Ömür var yaşansa, sonuna qədər,
hər günü tarixə hopub qalacaq.
Ömür var yaşanıb xatırlanmasa,
dərd tək qaysaqlanıb qopub qalacaq.

Məni bu həyatda yaşadan kədər,
çoxdan bu ömrümə qonaq olubdu.
Dərdimi qəlbimdə duyub anlayan,
üstündə gəzdiyim torpaq olubdu.

Bəzən də sevincdən uzaq olanda,
gözlərim, doğrusu, kədər axtarıb
Ruhuma dopdoğma duyğular kimi,
Könlümdən danışan xəbər axtarıb.

Nazını çəkdinsə, o güllər kimi,
Baharın ilk günü açacaq çiçək.
Nə döyüb qapımı
içəri girir,
Nə də ki, danışıb, gülür körpə tək.

Küsülü dostlar tək başına gələn,
Dostu yox, dərdini kimə danışsın.
Nə söz soruşuram bir cavab versin,
Nə əl uzadıram tutub barışsın.

2 yanvar 2015-ci il.Bakı şəhəri

Sərh yazmaq