Kənan AYDINOĞLU."Alma göndərən bacım"

Yazdı ATILLA, 18-06-2015, 07:25, в Edebiyyat

Kənan AYDINOĞLU."Alma göndərən bacım"


Hekayələrini sevə-sevə oxuduğum Canım Bacım Şəfa Vəliyevaya

Allah Sizə yar olsun,
Alma göndərən bacım!
Suçum var, inadımdan,
Məni döndərən bacım!

Körpəyəm, danışmıram,
Küsmüşəm, barışmıram.
Hər işə qarışmıram,
Məni dindirən bacım!

Dünyanın özü qalar,
Şairin sözü qalar.
Köz üstdə közü qalar,
Odu söndürən bacım!

18 iyun 2015-ci il.Bakı şəhəri

Sərh yazmaq