Kənan AYDINOĞLU."İncə gözlərdən axan yaşları sən tökmə, gözəl"

Yazdı ATILLA, 3-11-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."İncə gözlərdən axan yaşları sən tökmə, gözəl"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


* * *

İncə gözlərdən axan yaşları sən tökmə, gözəl,
Sənə yaraşıq olan incə beli bükmə, gözəl.

Mil-Muğan düzdən əgər küçsə neçə cavan,
Ürbəndi başdan atıb onlara sən baxma, gözəl.

Ehtiyac duysan sığal çəkib şanə tellərinə,
Şəfəq saçan gözünə sürmə filan çəkmə,gözəl.

Sənə könül verən oğlan gəlməsə ilk görüşə,
Gözlərin yolda qalıb sən iztirab çəkmə,gözəl.

Canını eşq oduna yandırıb,yaxma heç də,
Sənə yaraşıq olan incə beli bükmə,gözəl.
Sentyabr,2007.

Sərh yazmaq