Kənan AYDINOĞLU."Neçə ildir həsrətin yandırır məni, ana!"
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.
Neçə ildir həsrətin yandırır məni, Ana!
Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana!
Görəsən bu ayrılıq sona çatacaqmı bəs,
Qürubda doğan günəş denən batacaqmı bəs?!
Yenə ömür uzunu səni gözləyəcəyəm,
Vaxtımı saya-saya həsrətə dözəcəyəm.
Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi,
Övladın AYDINOĞLU həsrətini çəkibdi.
Yollarına boylanıb arayacam səni mən,
Qubalı-Anam mənim, yoruldum gözləməkdən.
Nə vaxt qayıdacaqsan Anam Azərbaycana,
Nə vaxt boylanacaqsan Anam Azərbaycana?!
Nə vaxt büsbütün səni görə biləcəyəm mən,
Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?!
Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
Sanma sənsiz ayrılıq mənə asandı, Ana! Sərh yazmaq