Kənan AYDINOĞLU."Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən"

Yazdı JoanneCousin43, 8-08-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən,
Vaqifimin gözəlləri, öz yarınla barışginən.

Sürmə çəkib gözlərinə siyah telli gözəllərim,
Öz hüsnünlə gül-çiçəyə sən də bu gün qarışginən.

Vüsal çağı yetişibdi, ayrılıqdan əlamət yox,
Bu gün, sabah qurulacaq büsata da alışginən.

Xoşbəxtliyin açarı də özündədir, gülüm, inan,
Sən də bu qərib dünyada bu inamla çalışginən.

Süleymandan qalan dünya bir kimsəyə qalmadı heç,
Bu həyatda inam tapıb, öz qorxunla yarışginən.

17 oktyabr 2016-cı il. Bakı şəhəri

Sərh yazmaq