Kənan AYDINOĞLU.”Xalq şairi Nəriman Həsənzadəyə”
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Saranın eşqiylə şeirlər yazıb,
Körpə uşaq kimi ağlayan şair.
Çətinə düşəndə güc, qüvvə tapıb,
Haqqa ümidini bağlayan şair.
Sevib, əzizlədin doğma, yadını
Dünyanın çıxartdın bir vaxt dadını,
Dünyada ən gözəl varlıq-qadını,
Gözünün üstündə saxlayan şair.
Küləyə dönübdü, yelə dönübdü,
Deyirlər, Xan Çoban elə dönübdü,
Göz yaşı yenə də selə dönübdü,
Dəniztək dünyada çağlayan şair.
Bakı şəhəri. 6 iyul 2018-ci il. Sərh yazmaq