Kənan AYDINOĞLU.”Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar”
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar,
Saz Qorqudun yadigarı neyim, kamanım danışar.
Nələr gördüm, nələr dedim tariximə yazılıbdı,
Hər sözümü, hər kəlməmi yaşanan anım danışar.
Ölümə məhkumam mən də bir gün Haqqa qovuşacam,
Qiyamətdə Haqq önündə ruhum və canım danışar.
Günah, savab qazanmışam hamı kimi mən də axı,
Damarda qaynayıb, daşan ələqim-qanım danışar.
Kitab kimi qalaq-qalaq yığılıb üst-üstə qalan,
Dərd-sərimi ömrü boyu sökülən danım danışar.
Bakı şəhəri. 22 mart 2018-ci il. Sərh yazmaq