Kənan AYDINOĞLU."Kədərin, qüssənin, qəmin özüyəm"
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Dünyaya boylanan inci duyğunun,
Cənuba, şimala baxan gözüyəm.
Sənin gözlərinə qəm ələnəndən,
Kədərin, qüssənin, qəmin özüyəm.
Vaxt oldu gözümə ələnən kədər,
Qəlbimdən süzülüb göz yaşa döndü.
Kədərim artdıqca gözümdə mənim,
Göz yaşım quruyub dağ, daşa döndü.
Mən hardan biləydim kədərin mənim,
Yazılan dağ boyda nida olacaq.
Kədərlər artdıqca gözümdə mənim,
Neçə sevən qəlblə vida olacaq.
Kədərdi qəlbimdə həyatım boyu,
Gözümün yaşına dönüb ağlayan.
Axı kimi olacaq bax məndən sonra,
Kədərin önünü qəmlə bağlayan.
Kədər də, qüssə də mənim ömrümə,
Töküldü sonuncu bir yarpaq kimi.
Kədəri tanıdı sevgi sarayım,
Tökən göz yaşını bir torpaq kimi. Sərh yazmaq