Deyişmə: Şəhla RAMAZNQIZI və Kənan AYDINOĞLU
Kənan AYDINOĞLU
Xurafat, mövhumat qardaş olubdu,
Yalanla üz-üzə qalan dünyada.
Doğru söz söyləmək qəbahət olur,
Vədləri boş olan yalan dünyada
Şəhla RAMAZANQIZI
Seçilir girənlər dondan-donlara,
Namərdi qələbə çalan dünyada.
Üstünlük verilir indi onlara,
Gövhəri daş edib alan dünyada
Kənan AYDINOĞLU
Hər gün ALLAH deyə döyünür ürək,
Haqq sevən bəndənin üzünü görək,
Haqq dini İslamı anlamaq gərək
Kafirin könlünü alan dünyada
Şəhla RAMAZANQIZI
Həzrəti rəsula min ad qoyurlar,
İSlama zidd olan fikir yayırlar,
Gözlə gördüklərin yalan sayırlar,
Kafiri nüfuzdan salan dünyada
Kənan AYDINOĞLU
Ən xoş arzulara çatmaq gərəkdi,
Sevinci bir ömrə qatmaq gərəkdi,
Kini, küdurəti atmaq gərəkdi,
Nadan yadına salan dünyada
Şəhla RAMAZANQIZI
Biz konül vermişik tək Yaradana,
Yol verən deyilik əsla nöqsana,
Həzrəti Yusiftək düşsək zindana,
Olarıq biz zəfər çalan dünyada
26 yanvar 2015-ci il.İsmayıllı-Bakı Sərh yazmaq