Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU

Yazdı ATILLA, 5-01-2015, 13:59, в Edebiyyat

Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU
Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU


Şəhla RAMAZANQIZI

Böyük bir sevgiyə ümid bəslədim,
O qədər böyük ki, boynumu əydi.
Daş olan ürəyi ətə çevirdim,
Aşiq olan kimi daşlara dəydi.

Kənan AYDINOĞLU

Ən ülvi hiss olan sevgiyə gərək,
Ümid bəslənməsin duyğular kimi.
“Ümid ayrılıqda görünən yuxu”*
Duyğu da yox olur yuxular kimi.

*Alman filosofu A.Nitşenin sözünə işarədir.

Şəhla RAMAZANQIZI

Ürək söz dinləmir axı əziz dost,
Dəcəl bir uşaqtək bildiyin edir.
İnsanı bəlaya salır, çəkilir.
Sonra da qayıdır, yoluyla gedir

Kənan AYDINOĞLU

Sevgi var doğulur gözlər önündə,
Sərhəddə döyüşən oğullar kimi,
Bir ömrə yazılan sevginin sonu,
Qurtarmır qorxulu nağıllar kimi.

Sərh yazmaq