Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU
Şəhla RAMAZANQIZI,
Bilirəm qəlbində bir xəzinə var,
Gətirir o ürək ilhama məni,
Gəl çəkib aləmə sevdiyini car,
Yazığam, amandır, tovlama məni
Kənan AYDINOĞLU,
İşvəli, qəmzəli gözəl bir yarı,
Ovlamaq, tovlamaq olmaz, ey xanım!
Hüsnü camalını görməsə, şair,
Qəlbinə duyğular dolmaz, ey xanım!
Şəhla RAMAZANQIZI,
Ruhuma veribdir eşqin azadlıq,
Sənsizliklə canım yoxlama məni,
Şirin sözlərindən duyulur şadlıq
Yazığam, amandır, tovlama məni
Kənan AYDINOĞLU,
Hüsnü camalına aşiq olmasam,
Güllər də saçını yolmaz, ey xanım!
Sevgi sarayıma qayıtmasan, sən,
Hüsnündən çiçək də solmaz, ey xanım!
27 avqust 2014-cü il Sərh yazmaq