Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU

Yazdı ATILLA, 5-01-2015, 13:54, в Edebiyyat

Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU
Deyişmə: Şəhla RAMAZANQIZI və Kənan AYDINOĞLU


Kənan AYDINOĞLU,

Gözəllər gözəli mələk kimisən,
Hurilər bağında siyah telin var.
Haqqında dastanlar qoşmaq lazımsa,
Ərənlər yurdunda oban, elin var.

Şəhla RAMAZANQIZI,

Qəlbinə kirpiyim ox kimi batıb,
Yaman vurulmusan zülmət telimə,
Ürək də kədəri çiynindən atıb,
Xoşbəxlikdən axıb şərbət dilimə

Kənan AYDINOĞLU,

Qəlbi ovsunlayan qara gözünlə,
Telində solmayan neçə gülün var.
Dastanlar söyləyib qəlblər oxşayan,
Haqqın kəlməsini deyən dilin var.

Şəhla RAMAZANQIZI,

Bİr dəstə gül verdin güldü ürəyim,
Səni məhəbbəti bildi ürəyim,
Qapına qədər bax gəldi ürəyim,
Demək vurulmusan bülbül gülümə

Kənan AYDINOĞLU,

Hüsnü camalını elə ilk gündən,
Şükür, vəsf etməyə Muğan, Milin var.
Qəlbindən süzülən inci duyğunu,
Dostlara sunmağa ayın, ilin var.

Şəhla RAMAZANQIZI,

Olmusan ilk gündən sevdalım mənim,
Ay sevgi içində balalım mənim,
Zülməti nurladan hilalım mənim,
Yazdım bir fürsətdi düşdü əlimə

25 avqust 2014-cü il.

Sərh yazmaq